AZ

“Zirə” avrokubok oyunları üçün stadion seçdi, “Sumqayıt” isə...

Misli premyer-liqasında mövsümün başa çatmasına 6 tur qalıb.

“Qarabağ” çempiondusa, avrokuboklara qalan vəsiqələr uğrunda gərgin mübarizə davam edir. Bilindiyi kimi, “Neftçi”, “Zirə”, “Sumqayıt” və “Sabah” bu yöndə daha şanslı görünür. “Neftçi” ilə “Sabah”ın avrokubok matçlarını keçirəcəyi stadionla bağlı problem yoxdu. “Sumqayıt”la “Zirə”nin qərarı isə bilinmir. Görəsən, onlar avrokuboklara vəsiqə qazanacağı təqdirdə ev oyunlarını hansı idman qurğusunda keçirməyi planlaşdırır? Ümumiyyətlə, bununla bağlı UEFA-ya müraciət olubmu? Klubların mətbuat katibləri “Football-plus.az”ın sualını cavabladı.

Zaur Xudiyev (Sumqayıt):

“Hələ ki avrokuboklarda oynayacağımız dəqiqləşmədiyindən bu məsələ açıq qalır. Amma istənilən halda, bununla bağlı öz aramızda müzakirə gedir, yekun qərar verilməyib. Rəsmi qərar olan kimi klub tərəfindən açıqlanacaq”.

Elmar Abdullazadə (Zirə):

“Avrokuboklara çıxacağımız təqdirdə oyunlarımızı “Liv Bona Dea Arena”da keçirəcəyik”.

GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla