AZ

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

İstanbul, 17 aprel, Günel Karatepe, AZƏRTAC

Qəzza zolağına humanitar yardım daşıyan Türkiyənin doqquzuncu “yaxşılıq gəmisi” dünən Mersin limanından yola düşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Qızıl Ay Cəmiyyəti və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən hazırlanan yardımlar Misirin El-Ariş limanına, oradan da Rəfah keçid-məntəqəsi vasitəsilə Qəzzaya çatdırılacaq.

Suriya, Hindistan, Misir və Liviyadan olan 14 nəfərlik şəxsi heyətlə yola çıxan gəmi Qəzzaya 3 min 774 ton yardım aparır. Yüklərin arasında hazır ərzaq bağlamalarından əlavə, 869 ton un, 14 min 700 bağlama uşaq bezi, 2 min yataq tulumu və 400 ton müxtəlif yardım ləvazimatları var.

Türkiyədən Qəzzaya bu kimi yardım gəmilərinin müntəzəm olaraq göndərilməsi nəzərdə tutulur.

Seçilən
50
3
Mənbələr
Şərh ()
Bağla