AZ

Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb

Qəzza zolağına humanitar yardım daşıyan Türkiyənin doqquzuncu "yaxşılıq gəmisi" dünən Mersin limanından yola düşüb.

Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin Qızıl Ay Cəmiyyəti və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən hazırlanan yardımlar Misirin Əl-Ariş limanına, oradan da Rəfah keçid-məntəqəsi vasitəsilə Qəzzaya çatdırılacaq.

Məlumata görə, Suriya, Hindistan, Misir və Liviyadan olan 14 nəfərlik şəxsi heyətlə yola çıxan gəmi Qəzzaya 3 min 774 ton yardım aparır. Yüklərin arasında hazır ərzaq bağlamalarından əlavə, 869 ton un, 14 min 700 bağlama uşaq bezi, 2 min yataq tulumu və 400 ton müxtəlif yardım ləvazimatları var.

Türkiyədən Qəzzaya bu kimi yardım gəmilərinin müntəzəm olaraq göndərilməsi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
Mənbələr
Şərh ()
Bağla