AZ

Azərbaycan baleti İtaliyada təmsil olunacaq

Azərbaycan
Azərbaycan mədəniyyətində, Azərbaycan klassik balet tarixində böyük mədəni hadisə baş verib. 1news.az xəbər verir ki, 17 aprel 2024-cü il tarixində İtaliyada keçirilən beynalxalq "Nervi Rozza Music Ballet Festivalı"nın mətbuat konfransında İtaliyanın “Teatro Carlo Felice” Teatrının rəhbərliyi tərəfindən ilk dəfə olaraq geniş tamaşaçı auditoriyası qarşısında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası milli klassik baletimizin Avropa səhnəsində nümayişi ilə bağlı dəvət alıb.
Bu barədə sözügedən konfransda iştirak edən dünya şöhrətli opera ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov məlumat verib. Genuya Opera Tatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierancelo Konte, Genuya şəhərinin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini, “Ariosi Managemement” Agentliyinin direktoru Alesandro Ariosi və başqa mötəbər şəxslərin iştirakı ilə təşkil edilən mətbuat konfransında çıxış edən Y.Eyvazov bildirib ki, mədəniyyətin inkişafına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi olmadan belə möhtəşəm qastrol səfərləri baş tuta bilməzdi. Məhz bu dəstək sayəsində dünyanın bir çox məşhur teatrları tərəfindən səhnəyə qoyulan Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti bu dəfə Nervi festivalında, həmyerlilərinin ifasında açıq səma altında, möhtəşəm səhnədə nümayiş olunacaq. Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri ilə yanaşı Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri də çıxış edəcəklər. Y.Eyvazov bildirib ki, Teatrın 115-ci mövsümündə beynəlxalq qastrol səfərlərinə balet truppasının Rusiyanın Çelyabinsk şəhərində “Min bir gecə” baleti ilə “Yekaterina Maksimova adına Beynəlxalq Balet Festivalı”nda çıxışı ilə başalayacaq. Ardınca iyul və avqust aylarında İtalyanın Genuya və Verona (Arena De Verona səhnəsində) şəhərlərində milli balet əsərləri ilə yanaşı dünya klassik baletinin incisi olan “Qu gölü” əsəri də ifa olunacaq.
Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla