AZ

Azərbaycanın növbəti siyasi-diplomatik QƏLƏBƏSİ: Qarabağ Zəfərindən sonra MÜHÜM HADİSƏ – TƏHLİL

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. 

Yenicag.az xəbər verir ki, mediada gedən məlumata və Rusiya Federasiyası tərəfindən verilmiş rəsmi açıqlamaya görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılması prosesinə başlanılıb.

Məlumatı şərh edən Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. “Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılsa da bununla bağlı hər hansı bir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Qeyd edək ki, Ermənistandan fərqli olaraq, Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi əməliyyatlar dövründə olduğu kimi, müharibədən sonrakı bir il ərzində də Azərbaycanın milli maraqlarının qorunması naminə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsinin sonu kimi qəbul edilən və 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanan üçtərəfli Bəyanat münaqişə tərəfləri arasında Qarabağda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını, Ermənistanın işğal etdiyi ərazilərin ölkəmizə qaytarılmasını, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, humanitar məqsədli bir sıra tədbirlərin həyata keçirilməsini, ümumilikdə isə xalqlar arasında etimad mühitinin yaradılmasını, gələcəkdə bölgənin sülh və əməkdaşlıq regionuna çevrilməsini nəzərdə tuturdu.

Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi adlandırmaq olar.

Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə tarixi qələbəsindən sonra dövlətimizin gücü və mövqeyi nəyinki regionda, o cümlədən beynəlxalq miqyasda daha da yüksəldi. Müharibə gedişində və müharibədən sonra uzun müddət Azərbaycanın parlaq qələbəsi, hərbi-strateji gedişlər, 30 ildən sonra tarixi ədalətin bərpası dünya dövlətləri tərəfindən geniş şəkildə müzakirə olundu.
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması bir daha sübut etdi ki, rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu məsələdə mühüm əhəmiyyət kəsb edən amil isə Prezident İlham Əliyevin çevik diplomatik məharəti Azərbaycanın milli maraqlarını tam şəkildə qoruması ilə bağlıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Prezidentin söylədiyi bu fikirlərdə olduğu kimi, Azərbaycan xalqı bu gün daha bir əhəmiyyətli hadisəyə şahidlik etdi. Prezidentin yürütdüyü məqsədyönlü və inamlı siyasətin nəticəsi, Ordumuzun döyüş əzmi ilə Qarabağın bütün əraziləri tamamilə Azərbaycanın nəzarətinə keçdi, Xankəndi şəhərində 1919-cu ildən sonra ilk dəfə olaraq üçrəngli bayrağımız dalğalandı. Bu ardıcıl siyasətin sonunda Azərbaycanın siyasi hakimiyyətinin yürütdüyü qüsursuz fəaliyyətin nəticəsi olaraq Rusiya sülhməramlıları Qarabağdan çıxmağa başladı.

Azərbaycan xalqı son illərdə tarixinin ən şanlı səhifələrinə şahidlik edir. Bu şanlı tarixə qızıl hərflərlə düşən səhifələr isə Qarabağın tamamilə işğaldan azad edilməsi, bu problemin gələcək nəsillərə ağrılı miras olaraq qalmadan birdəfəlik həll edilməsi oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23179
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12674
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8807
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5568
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5446
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3957
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3612
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3533
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3311
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3197
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2959
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2700
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2557
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2465
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2143