AZ

“Xalq ölkədəki vəziyyətdən çox razıdır” - ŞƏRH EDİLDİ

“Müxalifətin yeni spekulyasiyaları Azərbaycanda hazırki sabitliyi, xalq-iqtidar birliyini həzm edə bilməyən dairələrin təlimatları əsasında baş verir. Azərbaycan xalqının hüquqlarından danışanlar öncə Azərbaycan xalqının hüquqlarının necə yüksək səviyyədə təmin olunmasından danışsınlar. Yəni, Azərbaycan xalqı adından danışmaq üçün onlara heç kim mandat verməyib. Baş verənlər göstərir ki, xalq hazırda ölkədəki vəziyyətdən çox razıdır və xalq öz razılığını da səsi ilə ifadə etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Azərbaycanda insanların konstitusion hüquqlarına kifayət qədər həssaslıqla yanaşılır: “Azərbaycan bu gün ən səmimi, demokratik dəyərlərə həssas yanaşan, sabitlik nümayiş etdirən az saylı ölkələrdəndir. Bu səbəbdən də 21 aprel tarixində mitinq çağırışları sadəcə olaraq görüntü yaratmaq məqsədini güdür. Buna çağırış edənlər sadəcə öz varlıqlarını göstərmək istəyirlər.

Dövlət öz vətəndaşının maraqlarını qoruyur, onun gələcəyi haqqında düşünür və indiki şəraitdə, milli inkişafımızın yeni mərhələsində ölkədə süni şəkildə narazılıq elementlərinin yaradılması cəhdləri xalqımız tərəfindən çox ciddi reaksiya ilə qarşılanacaq. Bütün bunlar bəzi qrupların şəxsi maraqlarına xidmət edir və kənardan gələn maraqlar əsasında baş verir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla