AZ

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib

Ankara, 17 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” Ankara şəhərində təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını “Türk Dünyası Ortak İletişim Dili Uğrunda – Azerbaycan Dilinin Yazım Kılavuzu” (“Türk dünyası ortaq ünsiyyət dili uğrunda – Azərbaycan dilinin orfoqrafiya lüğəti”) adı ilə reallaşdıran kitab ortaq türk dili vəsaiti kimi Türkiyə universitetlərinin “Türk ləhcələri və

ədəbiyyatları”, “Türk dili və ədəbiyyatı”, “Dilçilik”, “Tərcüməçilik”, “Pedaqoji”, “Jurnalistika” fakültələrinin tələbə və müəllim heyəti ilə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.

Türkiyə Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə nəşr olunan lüğətin tərtibçi-müəllifi Azərbaycanın xalq yazıçısı Afaq Məsud, ön sözünün müəllifi isə Türkiyənin görkəmli dilçi-alimi, uzun illər Türk Dil Qurumuna sədrlik etmiş, Hacettepe Universitetinin Tətbiqi Lüğətçilik Elmi-Tədqiqat Mərkəzinin qurucusu və sabiq rəhbəri professor Şükrü Haluk Akalındır.

Hacettepe Universitetində baş tutan təqdimat mərasimində çıxış edən Tətbiqi Lüğətçilik Elmi-Tədqiqat Mərkəzinin hazırki rəhbəri professor Nurettin Demir 2023-cü ildə Bakıda işıq üzü görən yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” daha sonra Türkiyədə nəşr olunduğuna diqqət çəkib. Onun sözlərinə görə, 904 səhifəlik yeni nəşr Türk dünyasında dialoqun inkişafına töhfə verəcək mühüm təşəbbüsdür.

Demir deyib ki, “Azerbaycan Dilinin Yazım Kılavuzunun” nüsxələri həm də Türkiyənin müxtəlif şəhərlərində yerləşən kitabxanalara paylanacaq.

Daha sonra çıxış edən Türk Dili Qurumunun sədri professor Osman Mert bildirib ki, ikinci Türkoloji Konqres 2026-ci ildə Azərbaycanda keçiriləcək. İlk konqresin də Azərbaycanda keçirildiyini xatırladan Mert, sözü gedən tədbirdə bütün Türk dövlətlərinin Elmlər Akademiyalarının nümayəndələrinin və Türk Dili Qurumunun heyətinin iştirak edəcəyini diqqətə çatdırıb.

Türk dövlətləri arasında dilçilik sahəsində birgə fəaliyyətin çox böyük əhəmiyyət daşıdığını vurğulayan Türk Dili Qurumunun rəhbəri qeyd edib ki, hər dil “canlıdır” və yeniliklərə açıqdır. Bu səbəbdən orfoqrafiya lüğətləri də müəyyən mərhələlərlə yenilənməlidir. O, Türkiyənin bu sahədəki təcrübəsini bütün Türk dövlətlərlə bölüşməyə hazır olduqlarını bildirib.

Dosent Nurtaç Ergün Atbaşı öz növbəsində tədbir iştirakçılarına lüğətin tərtibçi-müəllifi Afaq Məsudun yaradıcılığı haqqında məlumat verib.

Ramin Abdullayev

AZERTAC -ın xüsusi müxbiri

Ankara 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
21007
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12118
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6072
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5417
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5355
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3418
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3273
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3113
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2856
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2830
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2680
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2392
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2304
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2033
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1969