AZ

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, ölkə parlamentinin aprelin 17-də qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra Prezident açıqlama yayıb.

Qeyd edək ki, Gürcüstan müxalifəti qanun layihəsini dəstəkləmir və bir neçə gündür paytaxt Tiflisdə etiraz aksiyaları keçirilir.

Seçilən
52
9
Mənbələr
Şərh ()
Bağla