AZ

Gürcüstan polisi: Aksiya zamanı pozuntu və ya zorakılıq olarsa, qanuna uyğun hərəkət edəcəyik

Tbilisidəki etiraz aksiyası zamanı hər hansı pozuntu və ya zorakılıq olarsa, polis qanuna uyğun hərəkət edəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul polisi idarəsinin rəisi Vaja Siradze hökumət administrasiyasında jurnalistlərə bildirib.

"Hazırda polis hadisə yerində növbə çəkir. Hər kəs qanuna uyğun hərəkət etməlidir, başqa cür ola bilməz. Hər hansı pozuntu baş verərsə, qanun çərçivəsində hərəkət edəcəyik", - idarə rəisi deyib.

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentə yenidən təqdim edilməsinə görə Tbilisidə etiraz aksiyası davam edir. Hələ ki polislə etirazçılar arasında heç bir qarşıdurma yaşanmayıb.

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bununla belə, Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.

Seçilən
219
50
Mənbələr
Şərh ()
Bağla