AZ

Yer Günü münasibətilə Siyəzəndə 100-dən çox ağac əkilib

Yer

Siyəzən, 17 aprel, müxbir Göyçək Mahmudlu, foto Orxan Kərimov, AZƏRTAC

Aprelin 17-də Siyəzən rayonunda ağacəkmə aksiyası keçirilib.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə 22 aprel - Yer Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Siyəzən Rayon İcra Hakimiyyətinin, rayonun müvafiq qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin, ictimai fəalların, BDU-nun tələbələrinin, ekspert və ekokönüllülərin iştirakı ilə keçirilən aksiyada Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin ərazisində - yol kənarında buranın iqlim şəraitinə xas olan 100-dən çox şam, tuya və sərv ağacı əkilib.

Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Yaşar Kərimov 1970-ci ildən aprelin 22-nin Beynəlxalq Yer Günü kimi qeyd olunduğunu deyib. Bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Yer Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə müxtəlif tədbirlər, o cümlədən ağacəkmə kampaniyaları keçirilir.

“Bu ilin xüsusi aktuallığı və rəmzi mənası var. Çünki COP29 noyabr ayında Azərbaycanda keçiriləcək. Bu, o cümlədən regionda, inkişaf etməkdə olan ölkələr arasında bir ilkdir. Bu il, həmçinin dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Əvvəllər də ekologiya və ətraf mühit məsələləri ölkəmizdə kifayət qədər aktual idi. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra 30-dək çoxtərəfli sazişə, konvensiyaya, onların protokollarına qoşulub. COP-un Azərbaycanda keçirilməsi, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu məsələlərə diqqəti artırır”, - deyən nazirlik rəsmisi vurğulayıb ki, ağacəkmə aksiyası onların Siyəzən rayonunun yaşıllaşdırılmasında az da olsa, töhfələridir.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili" təbiətə daha sağlam münasibət və sağlam qulluq tələb edir. Hər il bu istiqamətdə işlər görülsə də, bu il tamam fərqli ab-hava var. Həm noyabrda ölkəmizdə keçiriləcək COP29, həm də Prezident İlham Əliyevin bu ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi hər birimiz üçün bu ilin əhəmiyyətini artırıb.

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaq ekologiyası laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Zaman Məmmədov aksiyanın bir neçə əlamətdar hadisəni özündə birləşdirdiyini deyib. O qeyd edib: “2024-cü il dövlətimizin başçısı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bununla yanaşı, ETSN, FAO və Qafqaz üçün Regional Ekoloji Mərkəz tərəfindən birgə icra olunan “Torpaq Deqradasiyası Neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi çərçivəsində də aksiyalara start verilib. Bu üç mühüm hadisəni özündə ehtiva edən ağacəkmə kampaniyasında iştirak etməkdən məmnunuq. Bu gün 100-dən çox fidan əkildi. Ümid edirik ki, bu, “Yaşıl dünya naminə həmrəylik ili”nə az da olsa, öz töhfəsini verəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16191
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11665
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5306
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5229
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3659
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3213
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3191
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2988
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2722
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2662
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2409
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2367
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2252
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2098
Hidayət Heydərov dünya çempionu oldu
2018
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1875