AZ

Naxçıvanda istehlakçılara 1,2 milyon manat ƏDV məbləği qaytarılıb

Naxçıvanda

Naxçıvan, 17 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Bu il aprelin 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3222 ədəd olub. Yanvar–mart ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 91,4 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 64 milyon manat və ya 3,3 dəfə çoxdur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu il aprelin 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,2 milyon manat ƏDV məbləği qaytarılıb. Cari ilin birinci rübündə istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 319,2 min manat olub.

 

 

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla