AZ

Naxçıvanda istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassaaparatlarının (NKA) tətbiqi istiqamətində işlər davametdirilir.

Trend xəbər verir ki, 2024-cüil aprelin 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeninəsil NKA-ların sayı 3.222 ədəd olub. Yanvar – mart ayları ərzindəbelə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 91,4 milyon manatolub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 64 milyonmanat və ya 3,3 dəfə çoxdur.

Bu il aprelin 1-nə “ƏDV geri al” layihəsi çərçivəsindəistehlakçılara 1,2 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cariilin birinci rübündə istehlakçılara qaytarılan məbləğ ötən ilineyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 319,2 min manat olub.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
1
Mənbələr
Şərh ()
Bağla