AZ

"Artıq dünya qarışıb" - ŞƏRH EDİLDİ

“Üçüncü dünya müharibəsinin başlaması rəsmi olaraq deyilməsə də, artıq iki ildir ki, bu müharibə gedir. Belə ki, Rusiyanın Ukraynaya hücumundan sonra dünyanın böyük ölkələri, o cümlədən Amerika, Avropa ölkələri, NATO üzvləri, ümumilikdə dünyanın 54-dən çox ölkəsi Ukraynaya hərbi və s. şəkildə yardım edir. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən könüllülər Ukrayna cəbhəsində ruslara qarşı döyüşürlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Politoloq bildirib ki, artıq neçə vaxtdır ki, Rusiya rəhbərliyi də ukraynalılarla deyil, həm də NATO ölkələri ilə müharibə apardıqlarını bildiriblər: “Buradan da üçüncü dünya müharibəsinin başladığını anlamaq olur, amma rəsmi şəkildə bu barədə heç bir məlumat yoxdur.

Son dövrlərdə Yaxın Şərqdə Həmasla İsrail arasında başlayan müharibəyə də bir çox qüvvələr cəlb olunub. O cümlədən İran da buna qoşularaq, HƏMAS-ı silah-sursat və öz qüvvələri ilə təmin edir. Ayın 1-də İsrail qüvvələri Dəməşqdə İran konsulluğuna raket zərbəsi endirdi və 16 nəfər həlak oldu. Ölənlər içərisində iki yüksək rütbəli İran generalı da var idi. Bundan sonra İran İsrailə hədə-qorxu gəldi və nəhayət ayın 13-dən 14-nə keçən gecə İrandan İsrailə ballistik raketlərdən istifadə olunaraq hücum edildi. Lakin İsrail buna hazır idi və raketlərin əksəriyyəti məhv edildi. Bu da İsrailə qarşı İranın birbaşa apardığı ilk döyüş idi. Hazırda İsrail rəsmiləri yaxın günlərdə İrana hücum edəcəklərini bildiriblər. Amerika isə baş tutacaq bu hücumu pisləyir və İrana yeni sanksiya tətbiq etməklə cavab verməyi istəyir. Yəni, artıq dünya qarışıb, bu da üçüncü dünya müharibəsinin xəbərçisidir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla