AZ

Röyanın klipi 6 milyon izlənməyə çatdı

Xalq artisti Röya Ayxan yeni təqdim etdiyi layihələrin uğuru davam edir.
 
Pop ulduzun bir müddət əvvəl təqdim etdiyi  "Zülmətəm” mahnısı "Apple Music” platformasında birinciliyini qoruyub saxlayıb. Klipə yutubda 6 milyondan çox baxılıb. 

Xalq artistinin 5 gün əvvəl təqdim etdiyi "Sənə nə” bəstəsi isə "Apple Music”də 3-cü sırada öz yerini tutub və yutubda 300 mindən çox baxış toplayıb. Yutub trendində isə sözügedən mahnı 6-cı pillədədir.

Həmçinin, "Sənə nə” TikTok trendlərində, İnstaqram reels-lərində də aktiv istifadə edilir.
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
46
Mənbələr
Şərh ()
Bağla