AZ

"Suvarma kanallarının yenidən qurulması iqtisadiyyata öz töhvələrini verəcək" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Dünyada baş verən iqlim dəyişiklikləri, bir sıra problemlər bəşəriyyəti su problemləri ilə üz-üzə qoyubdur. Bu gün dünyanın əksər ölkələri içməli sudan və əkin suyundan korluq çəkirlər. Bu problemlər Azərbaycandan da yan keçməyibdir. Ölkəmizdə də son illər əkin suyuna, içməli suya olan tələbat artıb və müəyyən çətinliklər hiss olunmaqdadır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu, həm əkin sahələrinin genişləndirilməsi ilə, həm də insanların artımı ilə əlaqədardır və əsaslı tədbirlərin görülməsini zərurətə çevirib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ölkənin su təsərrüfatının genişləndirilməsi, yeni su ehtiyatlarının yaradılması istiqamətində çox mühüm tədbirlər həyata keçirməkdədir. Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, yeni kanalların çəkilməsi, kollektor şəbəkələrinin artırılması bu sahəyə göstərilən qayğının, diqqətin bir nəticəsidir. Cənab Prezidentin bu günlərdə imzaladığı çox mühüm iki sərəncam, Qarabağ və Şirvan suvarma kanallarının yenidən qurulması haqqında sərəncamları ölkə vətəndaşlarının ürəyindəndir və iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının sürətli inkişafına təkan verəcəkdir. Çünki aydın faktdır ki, yay aylarında istər taxıl, istər pambıq, istər digər kənd təsərrüfatı sahələri sudan xeyli dərəcədə korluq çəkir. Dövlət Su Ehtiyatları Agentliyi bu sahədə mühüm tədbirlər görməsinə baxmayaraq, yenə də problemləri tam aradan qaldırmaq mümkün olmur. Ancaq bu iki böyük kanalın yenidən qurulması və onların sukeçirmə imkanlarının artırılması bilavasitə bu çətinliklərin aradan qaldırılmasına hesablanıbdır və Şirvan kanalı vasitəsi ilə 10 rayonun, Qarabağ kanalı vasitəsi ilə 9 rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər kənd təsərrüfatının inkişafı ilə bərabər, insanların həm də rahatlığını təmin edəcək, təsərrüfatlarda məhsuldarlığı artıracaq və sahibkarların əlavə gəlir mənbəyini təmin edəcəkdir. Bu kanalların çəkilməsi ilə əlaqədar 100 min hektarlarla əkin sahələri suvarılacaq və yaşayış məntəqələri su ilə təmin ediləcəkdir.

Şirvan suvarma kanalının təməlqoyma mərasimində cənab İlham Əliyevin söylədiyi kimi, “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir” kəlmələri qarşıya yeni öhdəliklər, yeni vəzifələr qoyur. Çünki statistika göstərir ki, bu sahədə ölkəmizdə ciddi çatışmamazlıqlar mövcuddur. Beləki, istər əkin suyu, istərsə də içməli su xeyli dərəcədə itgiyə gedir. 40 faiz, 39 faif içməli suyun və əkin suyunun istifadəsiz qalması və itgisi bilavasitə laqeyidliyin nəticəsi sayılmalıdır. Ona görə də su ehtiyatlarının yaradılması və ondan səmərəli istifadə edilməsi nəinki müvafiq orqanın, hər bir vətəndaşın borcu sayılmalıdır və bu sahədə qənaətcillik mütləq gözlənilməlidir. Çox yaxşı haldır ki, işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının bu gün nəzarətə götürülməsi və gələcəkdə bu resurslardan səmərəli istifadə olunması üçün əsaslı tədbirlərin görülməsi deməyə imkan verir ki, həmin ərazilərdə müasir texnologiyaların tətbiqi nəticəsində gəlcəkdə taxılçılığın, meyvəçiliyin, bostançılığın, üzümçülüyün inkişafı mümkün olacaqdır və cənab Prezident də bunu özünün görüşlərində dəfələrlə bəyan edibdir. Qarabağ və Şirvan suvarma kanallarının yenidən qurulması ölkə iqtisadiyyatına öz töhvələrini verməklə bərabər, elə bilirəm ki, gələcəkdə sahibkarlığın inkişafı üçün geniş meydan açacaq və ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhvələrini verəcəkdir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20292
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12028
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5617
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5397
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5334
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3806
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3379
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3253
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3092
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2830
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2753
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2677
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2387
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2295
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2032
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1957