AZ

Rusiya 235 avstraliyalı deputatın ölkəyə girişinə qadağa qoyub

Rusiya 235 avstraliyalı deputatın ölkəyə girişinə qadağa qoyub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurumdan verilən açıqlamada bildirilib ki, məlum addım Avstraliyada anti-Rusiya gündəmini formalaşdırılmasına, sanksiyalara cavab olaraq atılıb.

Rusiya XİN Avstraliyada anti-Rusiya gündəmini təşkil edən bələdiyyə məclislərinin 235 deputatının siyahısını da dərc edib. "Rəsmi Kanberranın anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiyalar tətbiq etməyə davam etdiyini nəzərə alaraq, Rusiya stop-siyahısının yenilənməsi üzrə işlər davam etdiriləcək", - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

Seçilən
38
3
Mənbələr
Şərh ()
Bağla