AZ

Rusiya 235 avstraliyalı deputatın ölkəyə girişinə qadağa qoyub

Rusiya 235 avstraliyalı deputatın ölkəyə girişinə qadağa qoyub.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurumdan verilən açıqlamada bildirilib ki, məlum addım Avstraliyada anti-Rusiya gündəmini formalaşdırılmasına, sanksiyalara cavab olaraq atılıb.Rusiya XİN Avstraliyada anti-Rusiya gündəmini təşkil edən bələdiyyə məclislərinin 235 deputatının siyahısını da dərc edib. "Rəsmi Kanberranın anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiyalar tətbiq etməyə davam etdiyini nəzərə alaraq, Rusiya stop-siyahısının yenilənməsi üzrə işlər davam etdiriləcək", - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
3
Mənbələr
Şərh ()
Bağla