AZ

"Radiaktiv vəziyyət yoxlanılmır" - Asim Mollazadə

"Radiaktiv vəziyyət yoxlanılmır. Bu radiaktiv şüalanmanın nəticəsində uşaqlarda hansı mutasiyalar olur? Orta Asiyada Aral dənizi yoxdur. Oranı qum basıb. Dənizin bu vəziyyətə gəlməsinin səbəbi çayların bəndlərlə suyunun kəsilməsidir". SİA xəbər verir ki, bu sözləri deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Xəzərin də suyu çəkilir: "Bu, ekoloji faciədir. Bu, çox ciddi məsələdir. Adalar meydana gəlir. Bir fəsad barədə də demək istəyirəm. Yüksək səsli siqnallar problemli hala gəlib. İnsana stress verir. Şəhərin nəzarətini həyata keçirən qurumlar maşın siqnallarının, digər səslərin nisbətini ölçməlidirlər".

Müəllif: Söylü Ağazadə
Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla