AZ

Yol qəzasında 8 nəfər ölüb, çoxlu yaralı var

Pakistanda sərnişin avtobusu, neft tankeri və pikapın toqquşması nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yaralıların xəstəxanada müalicəsi davam edərkən, səlahiyyətlilər can itkisinin artacağından narahatdırlar.

Hadisə şahidləri xilasetmə işlərinin gec başladığını iddia etsələr də, xilasetmə işlərinə ərazidəki mülki şəxslərlə yanaşı, polisin də qatıldığını bildiriblər. Qəzanın səbəbinin hələlik məlum olmadığını qeyd edən polis hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Müəllif: Səbinə Hüseynli
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla