AZ

Keyn şayiələrə reaksiya verdi

Harri Keynin yayda klubunu yenidən dəyişə biləcəyi haqda şayiələr dolaşır. Amma ingilis futbolçu hazırkı komandasındakı durumundan razı olduğunu deyib.

30 yaşlı hücumçu “Bavariya”da qalmaq istədiyini bildirib:

“Mən Almaniyada oynamaqdan həzz alıram. “Bavariya”ya keçmək karyeram üçün lazım olan addım idi. Bu addımı atdığım üçün şadam. Mənim gələcəyim “Bavariya” ilə bağlıdı. 4 illik müqaviləm var. Münhendə oynamaqdan həzz alıram və ümid edirəm ki, komandanın xüsusi bir mövsüm keçirməsinə kömək edə biləcəyəm. Mövsüm bizim üçün yaxşı başa çatmasa, gələn il komandaya vəziyyəti dəyişməkdə kömək etməyə hazır olacağam”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla