AZ

Ekoloji mədəniyyətin formalaşmasında əsas məsələlərdən biri ailə faktorudur - Deputat

Bakı. Trend:

Bu gün evdə işıq yanırsa, valideyn öz əməli ilə göstərməlidirki, onu söndürmək lazımdır. O demək deyil ki, pulum var, ödəyirəm,işıq yansın. Onu istehsal etmək üçün qazıntı materiallardan,yanacaqdan istifadə olunur, atmosferə tullantı buraxılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ailə,qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetikavə ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri- Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədə deyib.

Komitə sədri bildirib ki, biz övladımızı sağlam böyütmək, təmizsu vermək istəyirik.

"Amma digər tərəfdən, təmiz suyu özümüz çirkləndiririk.Dəyərləri həyat tərzimizə çevirməsək, ekoloji mədəniyyətiformalaşdıra bilməyəcəyik. Bunu formalaşdırmasaq, sağlam ailədəyərinin mövcud fəlsəfəsindən uzaqlaşacağıq və dünyamız çətinlikqarşısında qalacaq. Ekoloji mədəniyyətin formalaşmasında əsasməsələlərdən biri ailə faktoru, təhsil ocaqalarıdır", - deyə oəlavə edib.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla