AZ

Ekoloji mədəniyyətin formalaşmasında əsas məsələlərdən biri ailə faktorudur - Deputat

Bu gün evdə işıq yanırsa, valideyn öz əməli ilə göstərməlidir ki, onu söndürmək lazımdır. O demək deyil ki, pulum var, ödəyirəm, işıq yansın. Onu istehsal etmək üçün qazıntı materiallardan, yanacaqdan istifadə olunur, atmosferə tullantı buraxılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədə deyib.

Komitə sədri bildirib ki, biz övladımızı sağlam böyütmək, təmiz su vermək istəyirik.


"Amma digər tərəfdən, təmiz suyu özümüz çirkləndiririk. Dəyərləri həyat tərzimizə çevirməsək, ekoloji mədəniyyəti formalaşdıra bilməyəcəyik. Bunu formalaşdırmasaq, sağlam ailə dəyərinin mövcud fəlsəfəsindən uzaqlaşacağıq və dünyamız çətinlik qarşısında qalacaq. Ekoloji mədəniyyətin formalaşmasında əsas məsələlərdən biri ailə faktoru, təhsil ocaqalarıdır", - deyə o əlavə edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
Mənbələr
Şərh ()
Bağla