- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Barselona”nın vingeri Rafinyanın Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə cavab oyununda vurduğu qol yubileylə əlamətdar olub.
Msport.az xəbər verir ki, bu, İspaniya klubunun avrokubokda 600-cü qolu olub.
Braziliyalı futbolçu 12-ci dəqiqədə hesabı açsa da, 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Rafinyaya məhsuldar ötürmə verən Lamin Yamal isə Çempionlar Liqasının pley-off mərhələsində (16 yaş 278 gün) ən gənc assist müəllifi olub.
Qeyd edək ki, komandalar arasında ilk matçda “Barselona” səfərdə 3:2 hesablı qələbə qazanmışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.