AZ

Valideynlərə xəbərdarlıq, bu cizgi filmləri uşaqlarda sayrışan nevroz, panik-atak yaradır-ARAŞDIRMA

Cizgi filmləri uşaqların həyatında mühüm rol oynayır. Onlar uşaqlara müxtəlif bacarıqlar, yaradıcılıq imkanları qazandırmaqla yanaşı, mənfi təsirlər də göstərə bilər. Azərbaycan Dövlət Pedaqoji Universitetin baş müəllimi, psixoloq Nigar Məmmədova Moderator.az-a açıqlamasında bildirib ki, şiddət təbliğ edən animasiya filmləri uşaqlarda qorxunc xəstəliklərin yaranmasına gətirib çıxarır.
 
 
“Cizgi filmləri uşaqların həyatlarına, yaş dövlərinə uyğun seçilməlidir. Hər uşaq öz yaşına uyğun cizgi filmlərinə baxmalıdır. Bu zaman həmin material uşağın inkişafında böyük əhəmiyyət kəsb edir. Animasiya filmlərinin uşaqlara müsbət təsirləri ilə yanaşı mənfi təsirləri də var. Uşaq bütün gününü ekran qarşısında keçirir. Konkret müddət müəyyənləşdirilməlidir. Uzağı 20 dəqiqə uşaq cizgi filmi izləməlidir. Çox baxmaq olmaz, bu uşaqlara mənfi təsir göstərir. Cizgi filmlərinin rəngli və əyləncəli dünyası uşaqları əyləndirərək, təsir altına salır. Onlar bu zaman özlərini bu filmin bir parçası hesab edirlər. Özlərini orada görmək istəyirlər. Real həyatla orada olan həyat üst-üstə düşmür deyə bu da onları ruhdan salır. Animasiya filmlərində şiddət nə qədər çox olarsa, bu uşaqların səhhətinə də təsirsiz ötüşmür. “Spidermen” adlı cizgi filmi var idi. Uşaq həmin paltarı geyinib, uçmaq istəyəndə stuldan tullanmışdı. O elə zənn edirdi ki, uça bilər... Şiddət izləyən uşağın yuxu və diqqət problemi də çox olur. Yuxuda qorxurlar. Əgər uşaq izlədiyi cizgi filmlərin əcaib varlıqlarından qorxursa bu qorxu uşağın gələcək yaş dövrlərində də davam edəcək. O müxtəlif qorxulara, qarabasmalara gətirib çıxara bilər. Aqressiyanın yaranmasında animasiya filmlərindəki şiddətin rolu böyükdür. Bu cür uşaqlar başqalarının problemlərinə, üzüntülərinə laqeyd olurlar. Bu da onların sosial münasibətlərinə, əqli inkişafına mənfi təsir edir. Bu uşaqlarda sayrışan nevrozların, panik atakların yaranmasına da gətirib çıxara bilər” deyə psixoloq bildirib.
 
 
Animasiya rejissoru, Əməkdar Mədəniyyət işçisi Elçin Hami Axundov bildirib ki, son illər keyfiyyətli animasiya filmləri çəkilmir. Uşaqlar da məcbur olub əcnəbi cizgi filmləri izləyirlər.
“2012-ci ildən mən “Azanfilm” studiyasının direktorluğu vəzifəsindən getmişəm. 25 il də oranın bədii-rəhbəri olmuşam. Ərizəmi yazıb özüm çıxdım. Çünki o vaxtkı nazirlik bizim işimizə, animasiyaya nə fikir verirdi, nə də diqqət ayırırdı. İldə 1 film çəkmək üçün güc-bəla ilə maliyyə ayırırdı. Animasiya filmləri mütləq lazımdır. Bu gün çəkilmir və uşaq da nəyə baxsın? Nəyi izləsin?! Məcburdur ki, planşeti əlinə götürüb əcnəbi animasiyaları izləsin. Onların çoxunda da şiddət var. Uşaqları bu gün heç nəylə aldatmaq olmaz. Ona görə də bizim nağıl qəhrəmanlarımızı müasir səpkidə göstərmək, təqdim etmək lazımdır. Klassik animasiyalarımız insanların bir-birinə olan münasibətlərini, dostluqları öyrədirdi. İndi ibrətamiz animasiyalar yoxluq təşkil edir” deyə animasiya rejissoru bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
18914
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11927
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5375
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5291
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4609
Rəisi öldü, Pakistanda matəm elan edildi
3757
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3316
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3232
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3034
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2800
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2672
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2646
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2378
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2276
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2027
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1930