AZ

Çin və ABŞ müdafiə nazirləri nədən danışıblar?

Çinin müdafiə naziri Donq Yun Pentaqonun rəhbəri Lloyd Ostin ilə videokonfrans şəklində danışıqlar aparıb.

Çin hərbi idarəsinin məlumatına görə, tərəflər ikitərəfli əlaqələr, hərbi sahədə əməkdaşlıq və Tayvan məsələsini müzakirə ediblər.

Bu, Çin və ABŞ hərbi idarələrinin rəhbərləri arasında 2022-ci ildən bəri ilk söhbətdir: “Birləşmiş Ştatlar Çinin qəti mövqeyini tanımalı, Çinin Cənubi Çin dənizindəki ərazi suverenliyinə və dəniz hüquqlarına və maraqlarına səmimi şəkildə hörmət etməli, regional sülhü və iki ölkə ilə iki ordu arasında münasibətlərin sabitliyini qorumaq üçün əməli addımlar atmalıdır”, – Donq Yun söhbət zamanı bildirib.

Çinin müdafiə naziri həmçinin vurğulayıb ki, Çin və ABŞ hərbçiləri ölkələr arasında münasibətləri sabitləşdirmək və təhlükəsizlik zəmanətlərinə nail olmaq üçün təmas qurmaq və “açıq və praqmatik əməkdaşlıq” təmin etmək üçün bir yol tapmalıdırlar. Lloyd Ostin, öz növbəsində, ABŞ-ın bütöv Çin prinsipinə sadiq olduğunu vurğulayıb, bölgədə beynəlxalq hüquqa hörmət edilməsinin zəruriliyini və Şimali Koreyadan gələn təxribatlarla bağlı narahatlıqları müzakirə edib. Pentaqonun məlumatına görə, tərəflər Ukraynadakı münaqişə ilə bağlı da fikir mübadiləsi aparıblar.

//Samir Qurbanov, Editor.az

Seçilən
47
7
Mənbələr
Şərh ()
Bağla