AZ

Azərbaycanda içməli suyun böyük hissəsi kənardan gəlir - Komitə sədri

Bakı. Trend:

Yoluxucu xəstəliklərin yayılmasında su faktorunun, xüsusiləiçməli suyun böyük əhəmiyyəti var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyəkomitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə Ailə, qadın vəuşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika vəekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqiaspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədədeyib.

O qeyd edib ki, Azərbaycanda içməli suyun böyük hissəsi kənardangəlir.

“Bizim içməli suyun 25 faizi ölkə daxilində formalaşır, 75 faiziisə kənardan gəlir. Azərbaycan içməli suyun təmizliyi məsələsinəböyük diqqət yetirir”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, hər kəs ekologiyanın qorunmasına töhfəverməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla