AZ

İddiaçılar Turniri: Nicat Abasov Fransa şahmatçısına qarşı

İddiaçılar

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı qrosmeyster 11-ci turda qara fiqurlarla Fransa təmsilçisi Əlireza Firuzcayla qarşılaşacaq.

Hazırda aktivində 3 xalı olan N.Abasov sonuncu-8-ci pillədə qərarlaşıb. Ə.Firuzca isə 3,5 xalla yeddinci sırada yer alıb.

Qeyd edək ki, İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla