Dövlət məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan texniki universitetində Karyera Sərgisi keçirilir. SİA xəbər verir ki, tədbirin açılış nitqini edən AzTU-nun rektoru Vilayət Vəliyev keçirilən karyera sərgisinin gənclərin, tələbələrin əmək bazarına çıxması və ixtisasları üzrə peşəkarlaşmasında mühüm rolu olduğunu bildirib, sərgidə iştirak edən işəgötürənlərə təşəkkürünü bildirib.