AZ

Yaponiya Çinlə “strateji əlaqələri” bərpa edəcək

Xarici siyasətdə ABŞ-ın yolunu izləyən Tokio, bir çox məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Pekinlə “strateji və qarşılıqlı faydalı əlaqələri” davam etdirmək əzmində olduğunu təsdiqləyib.

Editor.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin nəşr etdiyi “Diplomatik Mavi Kitab 2024” hesabatında Çin ilə ortaq strateji maraqlara əsaslanan qarşılıqlı faydalı əlaqələrin təşviq ediləcəyi bildirilib. Oxşar bəyanat 2019-cu il tarixli hesabatın son versiyasında verilib. Digər tərəfdən hesabatda Çinin Cənubi Çin dənizindəki “status-kvonu birtərəfli qaydada dəyişdirmək cəhdləri”nə diqqət çəkilir və bu hərəkətlərdən dərin narahatlıq ifadə edilir. Hesabatda bu hərəkətlər qarşısında ABŞ, Yaponiya və Filippin arasında üçtərəfli əməkdaşlığın sürətləndirilməsinin vacibliyi vurğulanıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla