AZ

Yaponiya Çinlə “strateji əlaqələri” bərpa edəcək


Xarici siyasətdə ABŞ-ın yolunu izləyən Tokio, bir çox məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Pekinlə "strateji və qarşılıqlı faydalı əlaqələri” davam etdirmək əzmində olduğunu təsdiqləyib.

7NEWS.az xəbər verir ki, xarici İşlər Nazirliyinin nəşr etdiyi "Diplomatik Mavi Kitab 2024” hesabatında Çin ilə ortaq strateji maraqlara əsaslanan qarşılıqlı faydalı əlaqələrin təşviq ediləcəyi bildirilib. Oxşar bəyanat 2019-cu il tarixli hesabatın son versiyasında da qeyd edildi, beləliklə, Yaponiya 5 ildən sonra yenidən "strateji və qarşılıqlı faydalı” ifadəsini daxil etdi.

7NEWS.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla