AZ

"Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Öz dilimizi dünyaya çıxartmaq və sevdirmək üçün əvvəlcə insan öz vətənini, millətini sevməlidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

Sosioloq bildirib ki, bir şəxs hələ özü öz dilini sevmirsə, bu adam bu dili necə digərlərinə sevdirə bilər: "Bəzi millət vəkillərimiz öz dillimizdə düzgün danışa bilmirlər, təəssüf.

Başqa mühüm məqam da var. Adətən inkişaf etmiş xalqların dili dünyaya yayılır. Biz də öz dilimizi sevdirmək istəyiriksə, mütləq inkişaf etməliyik. Belə olanda dünya insanı bizə ehtiramla yanaşacaq.

İnsanlar öz vətənini, millətini sevməlidir, belə olanda dilini başqalarına da sevdirə bilər. Bir şəxs hələ özü öz dilini sevmirsə, bu adam bu dili digər insanlara sevdirə bilməz. Bəzi millət vəkillərimiz, təəssüf ki, dilimizdə danışa bilmirlər. Niyə? Çünki öz dilini sevmir. Sevsəydi öyrənərdi.

Dünyaya yayılan dillər inkişaf etmiş xalqlara məxsusdur. Belə dillər beynəlxalq dillər sırasına daxildir. Biz də dilimizi sevdirmək istəyiriksə, inkişaf etməyimiz şərtdir. İnkişaf etsək, dilimizi də daha çox sevəcəyik və sevdirə biləcəyik. Elmi, iqtisadi inkişaf hər bir dövlətə və xalqa yüksək özgüvən verir. Bu özgüvənlə insan öz mədəniyyətini, dilini sevməyə başlayır".

Müəllif: Söylü Ağazadə
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla