AZ

Ramil Şeydayev Türkiyə mətbuatının rəğbətini qazandı

Türkiyə mətbuatı Ramil Şeydayevin "Kocaelispor"un heyətində birinci liqanın 30-cu turunun "Giresunspor"la oyununda (2:0) vurduğu debüt qolundan yazıb.

Sportinfo.az xəbər verir ki, "Çağdaş Kocaeli" millimizin forvardının döyüşkən futbol nümayiş etdirdiyinə toxunub:

"Qışda komandaya qoşulan və əvvəllər qol vura bilməyən Şeydayev nəhayət ki, “Giresunspor”la matçda qol sevinci yaşadı.

Cari mövsümdə 9 matçda meydana çıxan azərbaycanlı forvard “Göztəpə” (3:2) və “Çorum”la (1:1) oyunlarda da əla oyun nümayiş etdirmişdi.

O, son matçda 79 dəqiqə meydanda olub və göstərdiyi döyüşkar futbolla yadda qalıb. Şeydayev qol vurmaqla yanaşı, 41-ci və 56-cı dəqiqələrdə rəqib qapıçı Gektan Ceryutun əks etdirdiyi təhlükəli zərbələr də etdi".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
Mənbələr
Şərh ()
Bağla