AZ

TƏCİLİ: Gürcüstan prezidenti ölkədə baş verənlərlə bağlı Makron və Mişelə müraciət edib

Gürcüstan prezidenti ölkədə baş verənlərlə bağlı təcili olaraq Makron və Mişelə müraciət edib.

KONKRET.az “TV Pirveli” kanalına istinadən xəbər verir ki, Salome Zurabişvili fransalı həmkarı Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişelə ölkədə baş verən xarici agentlərlə bağlı qanunla bağlı müraciət edib.

Zurabişvili ümid edir ki, bu məsələyə Avropa Şurasının aprelin 17-18-də Brüsseldə keçiriləcək xüsusi iclasında baxılacaq.

“Mən buradakı vəziyyətlə bağlı Çarlz Mişel və Emmanuel Makrona müraciət etdim, sabah Avropa İttifaqının Avropa Şurasının iclası olacaq”, – telekanal Zurabişvilidən sitat gətirib.

Qeyd edək ki, bu gün paytaxt Tbilisidə Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq izdihamlı aksiya keçirir.

Seçilən
119
24
Mənbələr
Şərh ()
Bağla