AZ

Sibirin iki bölgəsində miqrantlara taksi sürücüsü kimi işləmək qadağan edilib...

...Novosibirsk vilayətində miqrant işçilərə taksi sürücüsü, içki və tütün satıcısı kimi işləmək qadağan edilib.

Qubernator Andrey Travnikovun aprelin 15-də imzaladığı fərmana əsasən, bu ərazilərdə fəaliyyət göstərən müəssisələr “iş götürən əcnəbi işçilərin sayını bu fərmana uyğun gətirməlidirlər”.

Bu, “milli təhlükəsizliyi, həyat təhlükəsizliyini və Novosibirsk vilayətinin əhalisinin sağlamlığını təmin etmək məqsədilə” edilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, aprelin 16-da Kamçatka diyarının qubernatoru Vladimir Solodov da patentlə işləyən miqrantlara bütün regionda taksilərdə işləməyi qadağan edib.

Rayon rəhbəri bu qərarını onunla izah edib ki,bir çox hallarda rayon ərazisində müxtəlif cinayətlər törədən qeyri-qanuni miqrantlar taksilərdə işlədirlər.

...İnanıram ki, görülən tədbir və ümumilikdə miqrasiya siyasətinin sərtləşdirilməsi sərnişin taksisi ilə sərnişindaşıma bazarını daha təhlükəsiz edəcək.

Solodov bunu Telegram kanalında yazıb.

...Gərək ki, yadınızda olar, 2023-cü ilin oktyabrında Dövlət Dumasına qanun layihəsi təqdim edilib. Və həmin qanun layihəsinəəsasən, xarici vətəndaşların bütün ölkə ərazisində məktəblərdə, əczaçılıq sektorunda, dövlət tibb müəssisələrində, taksilərdə və yük daşımalarında işləməyi qadağan etmək təklif olunub.

...2023-cü ilin noyabrında Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Rusiyanın “miqrantlara qarşı passiv mövqeyindən” təəssüfləndiyini gizlətməmişdi. O, bəzi postsovet respublikalarından olan insanların kuryer, taksi sürücüsü və satıcı kimi işləməsinə qadağa qoyulmasını təklif etmişdi.

...Əslində bütün bunlar sabahın hazırlıqları idi ki, bu da taciklərin başında sındırıldı..?

Rəsmi versiyaya görə, bu günRusiyada miqrantlara qarşı ksenofobiya hissləri güclənib. Ölkənin müxtəlif bölgələrində hüquq-mühafizə orqanlarının əməkdaşları əcnəbi işçilərin yaşadıqları və işlədikləri yerlərdə reydlər keçirməyə başlayıblar. Bəzi hallarda miqrantlar hərbi komissarlıqda qeydiyyata alınıblar.

...Deyirəm, Allah çeçen dövlət və siyasi xadimi, 1990-cı illərdə Çeçenistanın Rusiyadan müstəqilliyi uğrunda hərəkatın lideri, Çeçenistan İçkeriya Respublikasının ilk prezidenti olmuşCoxar Musaeviç Dudayevə rəhmət eləsin!

...Bunu elə belə de(mə)dim...

Ağasəf Babayev

Seçilən
110
50
Mənbələr
Şərh ()
Bağla