AZ

Moskva təqaüdçüsü 1,5 il şərti cəza alıb

Moskva məhkəməsi yerli təqaüdçü Tatyana Petruxinanı prezident seçkiləri zamanı səsvermə kabinəsini yandırdığına görə şərti bir il yarım həbs cəzasına məhkum edib.

SİA xəbər verir ki, Mediazona bu barədə məhkəmə zalından məlumat yayıb.

Hökmə əsasən, Petruxina “səsvermə bəhanəsi ilə” seçki məntəqəsinə gələrək bülletenlərin üzərinə yanar maye töküb və alışqanla yandırıb.

Belə ki, o, komissiyanın işinə mane olub, məhkəmə qərar verib. İstintaq həmçinin iddia edib ki, səsvermədən əvvəl 70 yaşlı təqaüdçü naməlum şəxslərlə yazışıb və onlarla cinayət əlaqəsinə girib.

Petruxina günahını tamamilə boynuna alıb və peşman olub.

...Xatırladaq ki, 2024-cü ilin martında Rusiyada keçiriləcək prezident seçkiləri üçün səsvermə günlərində Moskva, Moskva vilayəti və Sankt-Peterburq da daxil olmaqla, seçki məntəqələrində bir neçə yanğın hadisəsi qeydə alınıb. Bundan əlavə, seçicilər qutulara boyalar töküblər. Bu faktlar əsasında 33 cinayət işi başlanıb.

Nazlı

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla