AZ

Sidik kisəsi xərçənginin ən erkən- əlaməti



Sidik kisəsi şişləri bütün onkoloji xəstəliklərin cəmi 3-4%-ni tutur. Amma hər il bu diaqnozun sayı artır.


“Medicina” xəbər verir ki, onkoloq Dariya Firsova sidik kisəsi xərçəngini vaxtında aşkar etmək üçün əlamətləri sadalayıb.


“Sidik kisəsi xərçəngi xəstələrinin 70%-i veyper və siqaret çəkənlərdir.


Tütünlə, elektron siqaret və qəlyanları sevənlər və qarışdıranlar, sənayedə işləyib kanserogen maddələrlə təmasda olanlar, çanaq orqanlarının şüa terapiyasından keçənlər,böyrək xəstələri, şəkər xəstələri, parazitar xəstələr risk altındadır.


Bu xərçəngin ilk və əsas simptomuağrı olmadan sidiklə qan gəlməsi, sidikdə qan izləridir.


Eləcə də bel və çanaq hissədə ağrı ola bilər. Başqa heç bir ciddi əlamət olmur.


Xərçəngi vaxtında aşkar etmək üçün sidik kisəsi ildə 2 dəfə USM olunmalı, qan və sidik analizi vermək, vaxtında uroloq müayinəsindən keçmək lazımdır”.

Aygün Musayeva

Seçilən
135
17
Mənbələr
Şərh ()
Bağla