AZ

“Mal-qaramız illərdir oğurlanır, cinayətkarlar isə tapılmır”

“Düz 5 ildir ki, mal-qaramız oğurlanır. Oğurluq edənlər isə tapılmır. Artıq qapımızda heyvan qalmayıb”.

Bu şikayətlə “Qafqazinfo”ya Quba rayon sakini, təsərrüfatçı Rauf Piriyev müraciət edib.

Mal-qarasının oğurlanmasından gileylənən təsərrüfatçı deyir ki, hadisə Abşerondakı qışlaqda baş verib:

“Bu hadisəni kimlər törədirsə, 5 ildir tapılmırlar. İllər öncə düz 12 baş atımız oğurlandı. Daha sonra, 3 il öncə 11 baş iribuynuzlu seçilmiş mal-qara oğurlanıb. Hansı ki onlar tam da satılmalı heyvanlar idi. Bu ilin aprelin 4-də isə 15 baş iribuynuzlu mal-qara oğurlandı. Bununla da əlimizdə heç nə qalmadı. Artıq üçüncü oğurluqdur ki, üstü açılmır”.

Rauf Piriyev deyir ki, onlara ümumilikdə 65 min manata yaxın ziyan dəyib: “Bütün ailəmin xərcləri bu heyvanlara baxırdı. Onlar da beləcə əldən çıxdı. Biz yaylaq üçün Qusarın Ləzə kəndinə üz tuturuq. Uzun illərdir atam, qardaşım və mən təsərrüfatla məşğuluq, amma orada başımıza belə hadisə gəlməyib. Lakin bu il qışlaqdan əliboş qayıtmalı olacağıq. Oğurluqlara görə aidiyyəti qurumlara da müraciət edilib. 5 ildir ki, cinayətkarlar tapılmır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, hazırda vətəndaşın müraciəti üzrə aidiyyəti ərazi polis orqanında araşdırma aparılır.

Seçilən
94
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17587
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12565
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
11756
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7739
May ayında Azərbaycana qar yağdı - VİDEO
7489
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6885
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6815
Sabah 20 dərəcə isti olacaq
5817
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5617
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5545
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5459
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5431
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5386
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5148
Bu yol qovşağında təmir işləri aparılacaq
5148
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4612
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4504
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4493
Azərbaycan nefti ucuzlaşıb
4303
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4225