AZ

“Avrokuboklara vəsiqə qazansaq...” – “Turan”ın sponsoru ilə 10 dəqiqə

“Turan Tovuz” çətin Qəbələ səfərindən 2:1 hesablı qələbə ilə qayıtmaqla avrokubok zonasına bir addım da yaxınlaşdı.

Matç başa çatandan sonra klubun sponsor şirkəti “Huner Group”un rəhbəri Ehtiram Quliyevin sevincini görməyə dəyərdi.

Hakimin final fitinin ardınca paltardəyişmə otağına tələsən Ehtiram bəy komanda üzvlərini təbrik edəndən sonra Sportinfo.az-ın suallarını cavablandırdı.

Quliyev 10 dəqiqəlik söhbət əsnasında klubun bu günü və sabahı ilə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirdi.

- Bu qələbəni digərlərindən fərqləndirmək olar?

- Əlbəttə, olar. Hesabda geri düşdüyümüz anda geridönüş edib matçı qalib başa vurmaq bizim üçün çox vacib idi. “Qəbələ” çox yaxşı komandadır və razılaşarsınız ki, bura səfər edən komandalar hər zaman çətinliklə üzləşir. Turnir cədvəlində yer aldıqları mövqeyə baxmayaraq, baxımlı, mübariz futbol sərgiləyirlər. Qəbələdən 3 xalla ayrıldığımıza görə sevincliyik.

- Qələbənin mükafat məbləği da fərqli olacaq?

- Mükafat həminki olacaq. Mövsümün sonuna yaxınlaşırıq. Klubun bəlli büdcəsi və imkanları var ki, o xətti keçə bilmirik.

- Mövsümün əvvəlində “Turan Tovuz”un məqsədi elitadakı yeri qorumaq idisə, sona yaxın avrokubok mübarizəsinə qoşulduğu hiss olunur.

- Dediyiniz hədəflə yola çıxmışdıq. Niyyətimiz ən azı ötən ilki nəticəni təkrarlamaq idi. Açıq deyirəm, Ayxan hocanın qarşısına avrokuboklara vəsiqə tələbi qoyulmamışdı. İmkanlarımızı bildiyimizdən, belə bir hədəfimiz yox idi. Turnir cədvəlindəki yer də önəmli deyildi. İstəyimiz ötən il topladığımız 39 xalı yığmaq idi ki, “Qəbələ” üzərində qazandığımız qələbə sayəsində xallarımız 42-yə çatdı. Yekuna 6 tur qalmış bu qədər xalların toplanması bizi sevindirir.

- İlk hədəfə çatdınız.

- Bəli, məqsədimizə çatandan sonra növbəti hədəfi müəyyənləşdirdik – daha üst pillələrin birində yer almaq və o yeri qorumaq. Rəqiblərimizin durumuna baxanda ən az şans bizdədir. Xatırlayıram ki, qış fasiləsinə yollananda çox adam “Turan Tovuz”u elitada qalmaq uğrunda mübarizə aparacağını deyirdi. Biz isə daha yaxşı olacağına inanırdıq.

- “Turan Tovuz”un avrokuboklara vəsiqə qazanması nə dərəcədə real görünür?

- Avrokubok mövzusu ilə bağlı çox sual verirsiniz (gülür). Açığı, bu barədə danışmaq istəmirəm. Dediyim kimi, heç kimin qarşısına belə bir tələb qoyulmayıb. Turnir cədvəlinə baxsaq, bir neçə komandanın yaxşı şansı var. Azarkeşlərimizə səslənmək istəyirəm. Mövsümü ən üst pillələrin birində başa vurmaq üçün əlimizdən gələni edəcəyik. Buna zərrə qədər də şübhələri olmasın.

- Növbəti mövsümün tədarükünü indidən görməyə başlamısınız? Məsələn, avrokuboklara vəsiqə qazanılacağı halda ev oyunlarınızı hansı stadionda keçirməklə bağlı hazırlıq.

- Bununla bağlı AFFA-ya müraciət etmişik. Lisenziya üçün böyük məbləğ tələb olunur ki, ödəniş edib-etməmək üçün ciddi tərəddüd içindəydik. Azarkeşlərimizin qarşısında oynaya bilmək üçün ciddi vəsaitdən keçməyə razılıq verdik. Avrokuboklara vəsiqə qazansaq, rəqiblərimizi Tovuz şəhər stadionunda qəbul edəcəyik.

- Bəs, heyətin gücləndirilməsi? Yeni transferlər?

- Komandada tək səlahiyyətli şəxs baş məşqçimizdir. Seleksiya məsələləri Ayxan Abbasovun öhdəliyindədir və bu məsələdə cavabdeh adam odur. Ötən il yay ayları yadıma gəlir. Məşqçilər heyəti gecə saatlarına qədər oturub futbolçuları izləməklə məşğul idi. Gəlib həmin vəziyyəti görəndə, deyirəm, bəsdir daha, gedin evə. Yalan olmasın, 1000-dən artıq futbolçuya baxıldı. Bu dəfə də işlərimiz həmin qaydada davam edəcək.

- Ayxan Abbasovun işini necə qiymətləndirirsiniz?

- Ən yüksək fikirdəyəm. Komandanın sərgilədiyi oyunda və qazandığı nəticələrdə baş məşqçimizin böyük əməyi var. Ötən il Ayxan Abbasovla 3 illik müqavilə imzalamağımız boşuna deyildi. Bacarığını görürdük və daha böyük işlər görə biləcəyinə inanırdıq. Növbəti mövsümdə azarkeşlərimizin daha güclü “Turan” görəcəklərinə şübhələri olmasın.

- Yeni bazanın tikintisi məsələsi yubanır sanki. Projektorların quraşdırılmasında nə kimi yenilik var?

- Dediyiniz məsələlərlə bağlı layihələndirmə işlərimiz tamamlanıb. Hazırda dövlət qurumlarından icazə prosedurlarını yekunlaşdırmaq üzrəyik. Ümid edirəm ki, mövsüm başa çatmamış işıq dirəkləri hazır vəziyyətə gətiriləcək, yarımçıq qalmış akademiya binasının tikintisi davam etdiriləcək.

- Çempionatdakı əsas rəqibləriniz “Zirə”ylə “Sumqayıt”ı Tovuzda qəbul edəcəksiniz. Bu fakt mövsümü uğurlu başa vurmaq şanslarınızı artırır?

- Hər iki komanda güclü rəqibdir. Azarkeşləri maraqlı oyunlar gözləyir. Tovuzda oynamağımıza baxmayaraq, cütlərin favoritinin “Turan” olduğunu deyə bilmərəm. Qələbələri sıralamağı hamıdan çox Ayxan Abbasov istəyir. Sizə bir fakt deyim.

- Buyurun.

- Ayxan Abbasovla bağlanan öncəki 1 illik müqavilədə avrokuboklara vəsiqə qazanılacağı halda, mükafat föndu nəzərdə tutulmuşdu. Ayxan hoca ilə danışıb onu sildik. Dedim, siz onu mənim ixtiyarıma buraxın. Böyük bir şey deyildi, simvolik rəqəmlər idi.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14431
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11498
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5258
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5204
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3622
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3165
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3160
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2941
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2679
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2363
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2240
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2149
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2021
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1835