AZ

BVF Azərbaycanda 2024-2025-ci illər üzrə ÜDM artımına dair proqnozları yeniləyib

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda 2024-2025-ci illərüzrə ümumdaxili məhsul (ÜDM) artımının 2,8 faiz olacağınıgözləyir.

Trend bubarədə BVF-in məlumatlarına istinadən xəbər verir.

Belə ki, son proqnoza əsasən, 2025-ci ildə ölkədə ÜDM artımı 2,3faizədək ləngiyəcək.

Bundan başqa, BVF Azərbaycanın real iqtisadi artımının 2029-cuilədək 2,4 faiz səviyyəsində sabitləşəcəyini gözləyir.

Qeyd edək ki, 2023-cü ildə ölkədə ÜDM 2022-ci illə müqayisədə1,1 faiz artıb.

BVF həmçinin, dünya iqtisadiyyatının 2024 və 2025-ci illərdə də2023-cü ildə olduğu kimi 3,2 faiz səviyyəsində artmağa davamedəcəyini proqnozlaşdırır. İnkişaf etmiş iqtisadiyyata malikölkələrdə artım tempi bir qədər sürətlənərək 2023-cü ildəki 1,6faizdən, 2024-cü ildə 1,7, 2025-ci ildə isə 1,8 faizə çatacaq.Lakin inkişaf etməkdə olan bazarlarda artım templəri bir qədərləngiyərək 2023-cü ildəki 4,3 faizdən, 2024 və 2025-ci llərdə 4,2faizə düşüb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
113
29
Mənbələr
Şərh ()
Bağla