AZ

IMF: "Bu il ABŞ-nin borcu ÜDM-nin 123 %-ni keçəcək"

Bu il ABŞ-nin dövlət borcu ölkənin ümum daxili məhsulunun (ÜDM) 123 %-ni keçəcək və növbəti illərdə artmağa davam edəcək. “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş proqnozunda qeyd olunub. Proqnoza görə, ABŞ-nin ümumi dövlət borcu 2024-cü ildə ÜDM-nin 123,3 %-nə yüksələcək. 2023-cü ildə bu göstərici 122,1 % təşkil edib. 2025-ci ildə bu rəqəm daha da artaraq 126,6 % təşkil edəcək, bundan sonra artım davam edəcək. 2029-cu ildə dövlət borcu ÜDM-nin 133,9 %-nə çatacaq.

Seçilən
150
30
Mənbələr
Şərh ()
Bağla