AZ

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Cəlilabad, 16 aprel, AZƏRTAC

Cəlilabad rayon sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd "İJ-26" markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.

Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri 1 ədəd "AK-74" markalı avtomat silahı, 28 ədəd patronu və 3 ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.

 

Seçilən
52
22
Mənbələr
Şərh ()
Bağla