AZ

Mərkəzi Gömrük Hospitalında maarifləndirici aksiya keçirilib

Aprelin 16-sı Beynəlxalq Səs Günüdür.
 
Hər il aprelin 16-sı Beynəlxalq Səs Günü kimi qeyd olunur. 1990-cı illərin sonlarında yaranan Ümumdünya Səs Gününün məqsədlərindən biri də insanlara səslərinə diqqət yetirməyi və səsin qismən və ya tam itirilməsi hallarında dərhal mütəxəssislərə müraciət etməyi xatırlatmaqdır.
 
Mərkəzi Gömrük Hospitalında insanın səsinin sağlamlığının qorunması, insan səsi fenomeni və onun insanların həyatındakı rolu ilə bağlı maarifləndirici aksiya keçirilib.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, maarifləndirmə aksiyasında Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, t.ü.f.d. Elvin Əzizov, terapevtlər – Dr.Nazilə Xəlilbəyova, Dr.Xumar Novruzova və nevroloq Dr.Mənsumə Talıbova iştirak ediblər. Həkimlərimiz bu gün müayinəyə gələn pasiyentlərə səsin qorunması ilə bağlı qısa məlumatlar veriblər.
 
Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, t.ü.f.d. Dr.Elvin Əzizov bildirib ki, səsi qorumaq və səs aparatı xəstəliklərinin qarşısını almaq üçün ilk növbədə sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək - yayda buz kimi soyuq içkilər içməmək, soyuq mövsümdə isə çox üşüməmək, qış mövsümündə qazlı içkilər içməmək, çox ədviyyatlı yeməklər yeməmək, yüksək səslə danışmamaq və səs küylü yerlərdə danışmamaq lazımdır. Səs problemlərinin yaranmasının əsas səbəblərinə siqaret, soyuqdəymə və stresli vəziyyətlər də aiddir.
 
Qeyd edək ki, Beynəlxalq Səs Gününün qeyd edilməsində məqsəd tibb mütəxəssislərinin, eləcə də Yer kürəsinin bütün insanlarının diqqətini insan səsi fenomeninə, ünsiyyət qurmağa, öz emosiya və hisslərini ifadə etməyə cəlb etməkdir. Səs sağlam və təsirli ünsiyyətin vacib aspektidir, onun köməyi ilə biz bir-birimizə məlumat çatdırırıq və emosiyaları ifadə edirik. Bəzən səsimizin qayğısına qalmaq lazım olduğunu düşünmürük. Hər zaman səsinizi qoruyun!
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
18456
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17609
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12654
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7764
May ayında Azərbaycana qar yağdı - VİDEO
7574
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6894
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6838
Sabah 20 dərəcə isti olacaq
6141
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5821
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5699
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5555
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5502
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5402
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5214
Bu yol qovşağında təmir işləri aparılacaq
5161
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4752
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4603
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4529
Azərbaycan nefti ucuzlaşıb
4483
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4300