AZ

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - FOTO

Körfəz ölkələri olan Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanını güclü yağış vurub.

Omanda yağışın səbəb olduğu sel nəticəsində 18 nəfər həyatını itirib.

Bu barədə Oman Milli Fövqəladə Halların İdarə Edilməsi Komitəsindən məlumat verilib.

Ölkədə bazar günündən bəri təsirli olan güclü yağışlar daşqınlara səbəb olub və bir çox bölgə su altında qalıb. Həyatını itirənlərdən 10 nəfərin selin apardığı nəqliyyat vasitəsinin içində qalan tələbələr olduğu bildirilib.

Zərər çəkmiş bölgələrdə çarəsiz qalanları təxliyə etmək üçün yerli polis və ölkə ordusu səfərbər edilib.

Meteorologiya xidməti yağışların hələ davam edəcəyini nəzərə çatdırılıb.

Mənbə: Malatyaguncel.com

Seçilən
20
4
Mənbələr
Şərh ()
Bağla