AZ

Körfəz ölkələri daşqınların əsarətində - VİDEO

Körfəz ölkələri olan Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanını güclü yağış vurub.
Ednews xəbər verir ki, bu barədə Oman Milli Fövqəladə Halların İdarə Edilməsi Komitəsindən məlumat verilib.
Ölkədə bazar günündən bəri təsirli olan güclü yağışlar daşqınlara səbəb olub və bir çox bölgə su altında qalıb. Həyatını itirənlərdən 10 nəfərin selin apardığı nəqliyyat vasitəsinin içində qalan tələbələr olduğu bildirilib.
Zərər çəkmiş bölgələrdə çarəsiz qalanları təxliyə etmək üçün yerli polis və ölkə ordusu səfərbər edilib.
Meteorologiya xidməti yağışların hələ davam edəcəyini nəzərə çatdırıb.

Seçilən
32
4
Mənbələr
Şərh ()
Bağla