AZ

Daha bir "tiktoker" həbs edildi

Bakı. Trend:

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxssaxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrdəcəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayanqeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polisəməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınanSamir Ramazanov saxlanılıb.

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbsedilib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə cəmiyyətə qarşıhörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlarvə çağırışlar etməkdə ittiham olunan şəxslərlə bağlı polisəməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər çərçivəsindəbarəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci iltəvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyevyenidən məsuliyyətə cəlb edilib. Məhkəmənin qərarı ilə S.Mirzəyev30 sutka inzibati qaydada həbs edilib.

Məqalədə:
Seçilən
37
48
Mənbələr
Şərh ()
Bağla