AZ

“Müsabiqənin şəffaflığına heç bir şübhə yoxdur” - AYDINLIQ GƏTİRİLDİ

“Hazırda Elm və Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqə elan edib. Hər bir müsabiqədə olduğu kimi bu müsabiqənin də öz şərtləri var və mövzular işlənərkən zamanında biz də öz fikirlərimizi bildirmişik. Müsabiqədə təbii olaraq təhsilin inkişafına dəstək olan və yeni innovasiyaları özündə əhatə edən yenilikçi layihələr qalib gələcək”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, müsabiqənin şəffaflığına heç bir şübhə yoxdur: “Keçdiyimiz illərdə də müsabiqədəki layihələrə şəffaf şəkildə qiymət verilib. Bütövlükdə bu müsabiqənin təhsilin inkişafına kifayət qədər böyük təsiri var.

Bir neçə il bu müsabiqələrdə ekspert komissiyasında olmuşam və kifayət qədər maraqlı layihələr olur. Birmənalı olaraq deyə bilərəm ki, ən yaxşı layihələr seçilərək qiymətləndirilir. İndiyə qədər keçirilən layihələrin də hər biri təhsilin inkişafında öz rolunu göstərib. Əminəm ki, yeni layihələr də öz müsbət təsirlərini təhsildə göstərəcəkdir.

Məktəbəqədər təhsil müəssisələrində hansısa yeni layihələr də irəli sürüldüyü təqdirdə dəstəklənəcəkdir. Ucqar rayonlarda uşaqların məktəbəqədər təhsil müəssisələri ilə təmin olunması isə birbaşa olaraq dövlətin diqqətindədir və irəli sürülən təşəbbüslər reallaşdırılır. Bunun nəticəsi olaraq artıq müvafiq ucqar rayon məktəblərində müəyyən siniflərdə uşaqlar məktəbəqədər təhsilə cəlb olunublar. Bu da birbaşa olaraq məktəbəqədər təhsilə əlçatanlığı təmin edir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla