- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, texnika elmləri doktoru Namiq Abdullayev 77 yaşında vəfat edib.
AzEdu.az xəbər verir ki, Namiq Abdullayev 2013-cü ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb. O, 40-dan çox dərslik və metodiki vəsaitin, 12 monoqrafiyanın, 200-dən çox elmi və elmi-pedaqoji əsərin müəllifi idi.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Namiq Abdullayev 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
AzTU-nun rəhbərliyi və kollektivi Namiq Abdullayevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!