AZ

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi

Bakı. Trend:

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor vəmüxbir həbs edilib.

Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Realmedia.az" internet saytının baş redaktoruRamin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edənXəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olançoxsaylı şikayətlər əsasında saxlanılıblar.

Fakt əsasında Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etməmaddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsindəcinayət işi qaldırılaraq həbs edilib. Hazırda cinayət işi üzrəistintaq hərəkətləri davam etdirilir.

"Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa,polisə müraciət edə bilərlər", - DİN-dən vurğulanıb.

Qeyd edək ki, onlar ayrı-ayrı şəxslərə və şirkətlərlə dairneqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi,eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlifməbləğlərdə qanunsuz pul tələb etməkdə ittihamedilirlər.Bizim WhatsApp kanalımızaabunə olun

Seçilən
9
49
Mənbələr
Şərh ()
Bağla