AZ

Cinayətkar sərhədimizdə aksiyaya qoşuldu, həbs edildi

Ermənistan polisi Tavuşda keçirilən etiraz aksiyasında bu ilin fevralından axtarışda olan 49 yaşlı Arman S.-ni saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in mətbuat xidmətindən bildirilib.

Saxlanılan şəxs İncəsu (Noyemberyan)-Bağanis yolunu bağlamağa cəhd edən piketçilər arasında olub.

Qeyd olunur ki, Arman S. odlu silahların qanunsuz dövriyyəsi ittihamı ilə axtarışa verilib. O, istintaq təcridxanasına aparılıb və orada həbs edilib.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla