AZ

Ermənilərin "soyqırım" siyahısı: İrəvanın yeni mövzusu

Ermənistanda “erməni soyqırımı” ilə başlayan müzakirələr Türkiyənin əlini gücləndirə bilər. Ermənistan parlamentinin komitə sədri və hakim partiyanın üzvü Andranik Koçaryan “soyqırıma məruz qalan 1.5 milyon erməninin ad və soyadlarının müəyyənləşdirməliyik” deyib. Bu yeni mövzudur.

Necə ki, Rusiyada Vladimir Jirinovsi Kreml sahibi Vladimir Putinin danışan dili idi, eləcə də, Andranik Koçaryan baş nazir Nikol Paşinyanın danışan dilidir, ya onun düşüncələrini erməni cəmiyyətinə ilk söyləyənlərdəndir, ya da liderinin söylədiklərini əsaslandırır. Andranik Koçaryan “soyqırıma” məruz qalanların siyahısını hazırlamadıqları halda Türkiyənin “soyqırım olmayıb” arqumentindən heç zaman xilas olmayacaqlarını bildirib. Andranik Koçaryan bu mövzu haqda danışarkən, İsraili misal çəkib. İsrail İkinci Dünya Müharibəsində soyqırıma məruz qalan yəhudilərin siyahısını tərtib etməyə müvəffəq olub. Bunun sadə izahı var, yəhudi soyqırımı məlum fakt olduğundan öldürülən şəxslərin müəyyənləşdirilməsi mümkün olub. “Erməni soyqırımında” istifadə edilən rəqəmlər isə şişirtmədir, əks halda ermənilər də yəhudilər kimi siyahı tərtib edə bilərdilər.

Bütün hallarda Paşinyan komandasının “soyqırım siyahısı” barədə yanaşması erməni cəmiyyətində və erməni diasporunda ikitirəlik yaradacaq. Çünki, ermənilər siyahı tərtib edə bilməyəcəklərini yaxşı anlayırlar, buna rəğmən, onların bir hissəsi “soyqırım” təbliğatı kampaniyasından əl çəkmək istəmir. Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyən Nikol Paşinyan isə “soyqırım” mövzusunun onun Ankara ilə danışıqlarda manevr imkanlarını məhdudlaşdırdığını anlayır. Çünki, Ankara İrəvanla danışıqların sonrakı mərhələsində onunla münasibətləri normallaşdırmaq istəyən Paşinyan hökumətindən “soyqırım” təbliğatından imtinanı da tələb edəcək. Ermənistandakı radikal qüvvələr üçün isə Türkiyə əbədi düşməndir. Bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyindəki vəzifəsindən istefa verən Edmon Marukyan “soyqırıım” təbliğatından imtinanın Türkiyənin işinə yarayacağını bildirib. Marukyan “siyahı” mövzusunun müzakirəsinin ermənilər üçün zərərli olduğunu vurğulayıb. “Bu mövzunun müzakirəsini dayandırmaq lazımdır” deyən Marukyan Türkiyənin tələsinə düşəcəkləri barədə xəbərdarlıq edib. Marukyan bu mövzunun müzakirəsinin həm də ona görə əleyhinədir ki, 30-a yaxın dövlət “erməni soyqırımını” tanıyıb. Yəni Marukyan demək istəyib ki, “soyqırımla” bağlı müzakirələr Ermənistanda genişlənərsə, bu “erməni soyqırımını” tanıyan dövlətləri də pis vəziyyətə salacaq. Türkiyənin yeni arqumenti bu ola bilər: “Ermənistanda son müzakirələr də göstərir ki, soyqırımla bağlı heç erməni cəmiyyətində yekdil fikir yoxdur, öldürüldükləri iddia etdikləri barədə məlumatları yoxdur, çünki olmayan hadisəni reallıq kimi qələmə verməyə çalışırlar”.

Elxan Şahinoğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20427
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12044
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5699
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5397
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5342
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3810
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3390
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3259
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3092
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2834
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2781
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2677
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2387
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2297
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2032
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1959